Cümə , Yanvar 3 2025
azfa

Molla rejimi Azərbaycan adını silmək üçün Marağanı əyalətə çevirmək istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Marağa bölgəsindən Azərbaycan adını ləğv etmək üçün buranı yeni əyalətə çevirir.

Molla rejiminin Azərbaycanın həmin hissəsinin adını “Səhənd” əyaləti adlandırmaq istəyir. Məqsəd isə Azərbaycanı parçalayıb Azərbaycan adını məhdudlaşdırmaqdır.

Beləliklə, panfarsizmin beyin mərkəzi Azərbaycan adının silinməsi planını davam etdirir.

Nə üçün Xorasan əyaləti bölündükdən sonra Şimali Xorasan, Cənubi Xorasan və Rəzəvi Xorasanı əyaləti adlandırıla bilir, amma Azərbaycana başqa adlar verilir?!

Bu, panfarsizm beyin mərkəzinin məqsədyönlü planıdır, hansı ki, İran hakimiyyətini öz nəzarəti altına alıb. Həmin planın məqsədi Rza xanın dövründən davam edən Azərbaycan adını Təbriz şəhəri və ətrafı ilə məhdudlaşdırmaqdır.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …