Çərşənbə , Yanvar 1 2025
azfa

Molla rejimi azərbaycanlı etirazçı Səhənd Nurməhəmmədzadəyə yeni ittihamlar irəli sürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi  fars-molla rejimi azərbaycanlı etirazçı Səhənd Nurməhəmmədzadəyə yeni ittihamlar irəli sürüb.

Tehranda zindanın həbsdə olan azərbaycanlı idmançı Səhənd Nurməhəmmədzadəyə qarşı yeni ittihamlar irəli sürülüb.

Məhbusun vəkili Hamid Əhmədinin verdiyi məlumata görə, müvəkkili “yalan məlumatlar yaymaq” və “ictimai rəyi təhrik etmək” ittihamları ilə üzləşib.

Səhəndə qarşı irəli sürülən yeni ittihamların onun istintaq dövrü işgəncə edilməsi ilə bağlı səs yazısının yayılmasından sonraya təsadüf edir.

Qeyd edək ki, Tehranın İnqilab Məhkəməsi azərbaycanlı idmançı Səhənd Nurməhəmmədzadəni “müharibə” ittihamı ilə öncə edama məhkum edib.

O, barəsində çıxarılan qərardan şikayət etdikdən sonra ölüm hökmü 10 il azadlıqdan məhrumetmə, 5 il sürgün və 74 şallaq cəzası ilə dəyişdirilib.

Həmçinin yoxlayın

Türk tayfaları arasında Ayaz Ata hekayəti

GADTB: Ayaz Atanın hekayəsi bizə köhnə folklorumuzdan gəlir. Ayaz Ata haqqında çoxlu hekayələr, nağıllar danışılıb. …

Molla rejimin müstəmləkə siyasətinin nəticələrindən; Azərşəhr bölgəsində məktəblərin yarısı istifadəyə yararsızdır

GADTB: Güney Azərbaycanın Azərşəhr bölgəsində məktəblərin yarısı istifadəyə yararsızdır. Bu haqda Azərşəhr şəhərinin başçısı Rza …