Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi azərbaycanlı fəalə prokurorluğa çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Aəzrbaycanın Mərənd şəhərindən olan azərbaycanlı milli fəal Əlirza Fərşi dünən bildiriş vasitəsilə Baharıstan şəhərinin Baş və İnqilab Prokurorluğunun birinci istintaq şöbəsinə çağırılıb.

Zərbaycanlı fəal “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” ittihamı üzrə özünü müdafiə etmək üçün 5 gün ərzində sözügedən şöbəyə getməlidir.

Qeyd edək ki, Əlirza Fərşi digər fəallarla yanaşı 2013-cü ildə Beynəlxalq Ana Dili Günündə Baharistan şəhərində həbs olunublar. Bu fəallar arasında Əkbər Azad, Əli Babalu, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi hər biri 2 il həbs və 2 il müxtəlif şəhərlərdə məcburi sürgün cəzasına məhkum edilib, digər fəallar barəsində isə həbs qərarı verilmişdi.

Əlirza Fərşi bu il fevralın 8-də həbsxanadan buraxılıb. Əlirza Fərşi ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə, 2020-ci ilin iyul ayının 21-də yaxalanıb və Tehran şəhərinin Evin zindanın, daha sonra isə Fəşafuyə zindanına köçürülmüşdü. O,  2023-cü il fevralın 8-də həbsxanadan buraxılmışdı.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …