GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Məhəmməd Elatini məhkəməyə çağırıb.
Güney Azərbaycan Milli Hərəkatının fəalı Məhəmməd Elatinin məhkəmə sisteminin elektron sistemi vasitəsilə aldığı bildirişə əsasən, dünən iyunun 12-si saat 10:15-də “İran İslam Respublikası əleyhinə təbliğat aparmaq” ittihamı ilə Şərqi Azərbaycan əyalətinin Əcəbşir şəhər İnqilab Məhkəməsinə çağrılıb.
Fəalın yaxınlarının bildirdiyinə görə, Məhəmməd Elati ETTELAAT İdarəsinə çağırılıb və səhəri gün səhər saatlarında evinin qarşısında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək ETTELAAT İdarəsinə aparılıb və sorğu-suala çəkilib.
Elatinibn istintaq iclası bu ilin aprel ayında Şərqi Azərbaycan vilayətinin Əcəbşir şəhəri Baş və İnqilab Prokurorluğunun birinci istintaq şöbəsində keçirilib və işin müstəntiqi ittiham aktının çıxarılması üçün işi məhkəməyə göndərib.