Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimi azərbaycanlı fəal Səid Minayini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Səid Minayini həbs edib.

Binabdan olan azərbaycanlı milli-mədəni fəal Səid Minayi həbs edilib.

Minayinin avqustun 7-si Binabın Axund Qışlaq kəndindəki ata evində təhlükəsizlik məmurları tərəfindən saxlanıldığı bildirilib.

Onun haraya aparıldığı və irəli sürülən ittiham barədə ictimaiyyətə hələ məlumat verilməyib.

Qeyd edək ki, Səid Minayi bundan öncə də Azərbaycanla bağlı fəaliyyəti, eləcə də mədəniyyəti və ətraf mühit problemləri, xüsusilə Urmiya gölü ilə bağlı fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilmişdi.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …