Çərşənbə , Dekabr 18 2024
azfa

Molla rejimi azərbaycanlı fəalı məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən azərbaycanlı fəal Behzad Xudabəndəli İranın Ədliyyə-Məhkəmə Sistemi tərəfindən bildirişlə Qoşaçayda (Miandoab) rejimin İnqilab Prokurorluğunun cinayət hökmlərinin icrası üzrə ikinci bölməsinə çağırılıb.

Azərbaycanlı milli fəala göndərilən bildirişdə yazılıb: “Məhkəmə işinizlə bağlı, cəriməni ödəmək üçün 10 gün ərzində bölməyə gəlməyiniz tələb olunur. Eyni zamanda, vaxtında gəlsəniz, mümkün 20% endirim əldə edəcəksiniz”.

Qeyd edək ki, Behzad Xudabəndəli iyunun 26-da “dövlət quruluşuna qarşı təbliğat aparmaq”, “sosial şəbəkələrdə yalan məlumatlar paylaşmaq” və “ictimai düşüncəni çaşdırmaq” ittihamları ilə məhkəmə qarşısına çıxarılıb.

Həmçinin yoxlayın

BMT İranda insan haqlarının pozulmasını pisləyən qətnamə qəbul edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda insan haqlarının pozulmasını pisləyən qətnamə dünən BMT …

İlham Əliyev: Sülh üçün İrəvan 2 şərti yerinə yetirməlidir

GADTB: Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamazdan əvvəl Konstitusiyanı dəyişməli və ATƏT-in Minsk Qrupunun ləğvinə razılıq …