Cümə axşamı , May 14 2026
azfa

Molla rejimi azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejim Gilanın Rəşt şəhərində yaşayan azərbaycanlı fəal və keçmiş siyasi məhbus Vədud Əsədini Tehranın 33-cu bölgəsinin Ümumi və İnqilab Prokurorluğunun məhkəmə hökmlərinin İcrası İdarəsinin 1 saylı şöbəsinə çağırıb.

Azərbaycanlı fəal özünün sosial media hesabında bu barədə yazıb ki, ona bununla bağlı çağırış məktubu göndərilib.

Çağırış məktubu bir neçə gün əvvəl İran Məhkəmə Sisteminin elektron poçtu vasitəsilə göndərilib.

Azərbaycanlı fəal Vədud Əsədi bundan əvvəl Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsində mühakimə olunaraq, “ölkənin milli təhlükəsizliyinə qarşı zərbə vurmaq üçün əlbir olmaq”, “hökumət əleyhinə təbliğat”, “müxalif qruplara üzv olmaq” və “rəhbəri təhqir etmək” ittihamlarına görə 5 il 6 ay azadlıqdan məhrum edilib.

Bir müddət sonra onun barəsində irəli sürülən bir neçə ittiham ləğv edilib və “ölkənin milli təhlükəsizliyinə qarşı zərbə vurmaq üçün əlbir olmaq” ittihamına görə 4 illik həbs cəzası qüvvədə saxlanılıb.

İndi onun məhkəmə hökmlərinin icrası idarəsinin 1 saylı şöbəsinə çaöırılmasının 4 illik həbs cəzasının icrası ilə bağlı olduğu ehtimal edilir.

Qeyd edək ki, Vədud Əsədi 2024-cü il fevralın 6-da həbs edilərək Tehranın Evin həbsxanasına köçürülüb, martın 9-da isə girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst uaxılmışdılar.

Azərbaycanlı fəal bundan əvvəl də milli-mədəni fəaliyyətlərinə görə, bir neçə dəfə həbs və təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …

ABŞ enerji naziri: İran rejimi silah səviyyəli urana çox yaxınlaşıb və bir neçə həftə ərzində buna çata bilər

GADTB: ABŞ enerji naziri Kris Rayt açıqlamasında bildirib ki, İran İslam Respublikası silah səviyyəsində zənginləşdirilmiş …