Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi azərbaycanlı gənc fəalı həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, martın 10-da təbrizli inşaat mühəndisi olan Əli Zohdi adlı gənc İran hökumətinin ETTELAAT qüvvələri tərəfindən həbs edilib.

Fəalın sosial şəbəkələrdə tənqidi yazılarına görə tutulduğu güman edilir.

Yaxınlarının məlumatına görə, 27 yaşlı gənc bacısını universitetə apardıqdan sonra evinin qarşısında rejimin qüvvələri tərəfindən saxlanılıb.

Qeyd edək ki, onun hansı səbəblərdən tutulması və hara aparıldığı bəlli deyil. Bununla yanaşı, Əli Zohdi ürək xəstəliyindən əziyyət çəkir.

 Rejimin məmurlarının məlumat vermədən gənci özbaşına həbs etməsi Əli Zohdinin səhhəti və vəziyyəti ilə bağlı narahatlıqlara səbəb olub.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …