Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi azərbaycanlı jurnalist Nazila Mərufiana yenidən həbs cəzası verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Tehrandakı Ümumi və İnqilab Məhkəməsi bu il ərzində dördüncü dəfə həbs olunan azərbaycanlı jurnalist və ictimai fəal Nazila Mərufianı 1 il həbs və 15 milyon tümən cəriməyə məhkum edib.

Mərufian “hakimiyyətə qarşı təbliğat”da günahlandırılıb.

Qeyd edək ki, Nazila Mərufian Qərçək həbsxanasından müvəqqəti sərbəst buraxıldıqdan bir neçə gün sonra təhlükəsizlik məmurları onu yenidən saxlayıblar və Evin həbsxanasına köçürüblər.

Azərbaycanlı jurnalist həbs olunduğu zaman ağır döyüldüyü üçün qol, qıç və baş nahiyəsindən zədələr alıb.

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …