Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi son bir ayda çox sayda fəalı həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İnsan haqları təşkilatları avqust ayında İran dövlətinin həbs etdiyi etirazçıların son statistikasını açıqlayıb.

Hesabatda 264 nəfərin  rejimin məmurları tərəfindən saxlanıldığı bildirilib.

Həbs olunanlar arasında 20 nəfər azərbaycanlı fəalın adı var.

Həbs olunan güneyli fəalların əksəriyyəti Urmiya gölü ilə bağlı paylaşımlarına görə saxlanılıblar.

Onlar Urmiya gölündə baş verən ekoloji fəlakətin qarşısının alınmamasına, hakimiyyətin bərpa işləri ilə bağlı verdiyi sözü yerinə yetirməməsinə etiraz etdikləri üçün cəzalandırılıblar.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …