Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimi Əli Rzaiyə atasının dəfn mərasimində iştirak etməyə icazə verməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Evin həbsxanasında həbsdə olan azərbaycanlı fəal Əli Rzai Havastana atasının dəfn mərasimində iştirak etməyə icazə verməyib.

Rejim onun məzuniyyətə getməsinə razılıq vermir.

Azərbaycanlı fəalın mərhum atasının dəfn mərasimi dünən 12:00-da keçirilib.

Rzainin yaxınlarının verdiyi məlumata görə, azərbaycanlı fəalın ailəsinin bu xəbərin yazıldığı vaxta qədər atasının ölüm şəhadətnaməsini prokurorluğa təqdim etməsinə baxmayaraq, onu məzuniyyətə göndərmək cəhdləri nəticəsiz qalıb.

Qeyd edək ki, Əli Rzai dindirilərkən işgəncəyə məruz qalıb və 193 gün həbsdə olduğundan sonra bu hökm verilib. Ailənin təkidinə baxmayaraq, məhkəmə orqanları onun hakimlə görüşməsinə və vəkilin məhkəməyə buraxılmasına icazə verməmişlər.

Əli Rzayi ana dilində təhsil hüququ və Urmu gölü məsələsinin müdafiəçisi idi.

O, eyni zamanda informasiya texnologiyası mühəndisi, beynəlxalq yoqa təlimatçısı və türk dili müəllimidir.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …