Cümə axşamı , May 22 2025
azfa

Molla rejimi azərbaycanlı körpəni doğum şəhadətnaməsindən məhrum edib

GADTB: İrqçi fars-molla rejimin Təbrizdəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi təbrizli körpəyə valideynləri Əlihan adı seçdiklərinə görə doğum şəhadətnaməsi vermir.

Əlihanın valideynləri sosial mediada məlumat yayaraq bildiriblər ki, İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi Əlihan adının adlar siyahısı və sistemində olmadığını iddia edib.

Bir müddət əvvələ kimi Əlihan adı adlar siyahısında olub, 2024-cü ildə isə Ərdəbil və Şərqi Azərbaycan əyalətində oğlan uşaqlarına ən çox qoyulan adlar sırasında olub.

Əlihan adının cari ildən etibarən Qeydiyyat İdarəsinin adlar siyahısından çıxarıldığı ehtimal olunur.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.

Qeydiyyat İdarəsinin iddiasına görə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə ziddiyyət təşkil edir.

Həmçinin yoxlayın

Axios: “Danışıqlar uğursuz olarsa, İsrail İrana dərhal hücum etməyə hazırlaşır”

GADTB: “Axios” nəşri iki məlumatlı mənbəyə istinadən xəbər verir ki, İsrail ordusu Tehran və Vaşinqton …

Xiyavdə mühacir kürdün işçiyə qarşı qeyri-insani hərəkəti etiraza səbəb oldu

GADTB: Meşginşəhr (Xiyav) Mis Mədənində bir işçi işdən çıxarılaraq 3 gün günəş altında dayanmağa məcbur …