Çərşənbə axşamı , Dekabr 24 2024
azfa

Molla rejimi azərbaycanlı milli fəala 88 il həbs cəzası verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi 12 nəfər azərbaycanlı milli-mədəni fəala 88 il həbs cəzası verib.

Molla rejimin məhkəmə sistemində qəddarlığı ilə tanınan hakim Əbülqasım Sələvatinin sədrlik etdiyi Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi 12 nəfər azərbaycanlı milli fəala ümumilikdə 88 il həbs cəzası verib.

Bildirilib ki, onların həbsdən sonra iki il müddətinə ictimai və siyasi fəaliyyətlərinə, eləcə də partiyalara üzvlüyünə də qadağa qoyulub.

“Daxili və xarici təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq”, “dövlət quruluşu əleyhinə təbliğar aparmaq” və “casusluq”da günahlandırılan Bağır Hacızadə 13 il, Ayaz Seyfxah 13 il, Araz Amani 13 il, Vədud Əsədi 9 il 6 ay, Əbdüləziz Əzimi Qədim 6 il, Murtuza Pərvin 6 il, Tahir Nəqəvi 6 il, Salar Tahir Əfşar 5 il, Hüseyn Piri 5 il, Səid Minayi 5 il, Kamal Nuri 3 il və Süleyman Məhəmmədi 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, irqçi fars-molla rejimi son ildə onlarla azərbaycanlı fəalı həbs edərək, onlara heç bir günahı olmadan uzun müddətli həbs cəzası verib.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı üçəmlərə türk adlarına görə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin məhkəməsinin qərarına baxmayaraq, Təbrizdə rejimin Vətəndaşlıq …

Azərbaycan və Türkiyənin silahlı qüvvələri arasında görüş

GADTB: Dekabrın 24-də Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev …