Molla rejimi azərbaycanlı milli fəalı həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqüçi fars-molla rejiminin Şəbüstərdə yerləşən İnqilab Məhkəməsi Güney Azərbaycan Milli Hərəkatının fəalı Murtaza Nurməhəmmədi Nadarlıya 3 ay 1 gün həbs cəzası verib.

Molla rejimi azərbaycanlı milli fəalı “dövlət quruluşu əleyhinə təbliğat aparmaq”da ittiham edib.

Bildirilib ki, məhkəmədə Murtaza Nurməhəmmədiyə qarşı irəli sürülən “müxalif qruplara üzv olmaq” və “rəhbəri (Xameneyini) təhqir etmək” ittihamları ilə əlaqəli sənədlər yetərsiz hesab olunub və o, iki ittiham üzrə bəraət qazanıb.

Qeyd edək ki, Murtaza Nurməhəmmədi 2023-cü il sentyabrın 9-da övladına doğum haqqında şəhadətnamə almaq üçün Sufian şəhərinin Qeydiyyat İdarəsinə çağırıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

Nurməhəmmədi Nadarlı 80 gün Təbrizin ETTELAAT İdarəsinin təkadamlıq kamerasında saxlanıldıqdan sonra 2023-cü il noyabrın 29-da girov qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Molla rejimin həbsdə saxladığı azərbaycanlı mili fəalın vəziyyəti heç bir məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi və hazırda zindanda …

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal tibb məntəqəsinə köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Tehranın Evin həbsanasında həbsdə saxladığı …