
aGADTB: İrqçi fars-molla rejimin məhkəməsi azərbaycanlı milli fəalları mühakimə edəcəyi vaxtı açıqlayıb.
4 azərbaycanlı milli fəal Yürüş Mehrəlibəyli, Hamid Yeganpur, İbrahim Əvəzzadə və Araz İbrahibnejada qarşı ittihamlar üzrə məhkəmə prosesi 2025-ci il mayın 14-də Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsində keçiriləcək.
Azərbaycanlı fəallara qarşı “Milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı irəli sürülüb.
Qeyd edək ki, azərbaycanlı fəallar 2022-ci ilin sentyabrında həbs olunublar və üç aya yaxın təkadamlıq kamerada saxlandıqdan və fiziki və ruhi işgəncələrə məruz qaldıqdan sonra müvəqqəti olaraq girov müqabilində zaminə buraxılıblar.