Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəalları təhdid edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə İranın ETTELAAT idarəsinin məmurları azərbaycanlı milli fəallara, o cümlədən Behzad Dəştiyə zəng edərək onları təhdid edib.

Molla rejimin ETTELAAT məmurları fəalların ailələrinə zəng edib, övladlarının hər hansı aksiyaya qoşulmalarının,  fəaliyyət göstərmələrinin qarşısını almağı  tələb edib. Ailələrə bildirilib ki, əks təqdirdə onların övladları həbs ediləcəklər.

Qeyd edək ki, bir neçə həftə əvvəl başlayan bu prosesin son vaxtlar daha sürətləndiyi və çox sayda fəalın ailəsinə təhdid zəngləri edildiyi qeyd olunub.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …