
GADTB: İrqçi fars-molla rejimin məhkəməsi azərbaycanlı öyrəncini edama məhkum edib.
Molla rejimin Təbrizdəki İnqilab Məhkəməsi 22 yaşlı Təbriz Universitetinin Mühəndislik fakültəsinin öyrəncisi Ehsan Fəridini “müharibə” (dini hakimiyyətə qarşı çıxmaq) ittihamı ilə edama məhkum edib.
Bildirilib ki, məhkəmə hakimi bu ittihamla bağlı ETTELAAT Nazirliyinin məlumatlarına istinad edib.
Qeyd edək ki, Ehsan Fəridi 2024-cü il iyunun 19-da saxlanılıb. O, daha öncə “dövlət quruluşuna qarşı təbliğat aparmaq”da günahlandırılıb.