Çərşənbə , Dekabr 25 2024
azfa

Molla rejimi azərbaycanlı üçəmlərə türk adlarına görə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin məhkəməsinin qərarına baxmayaraq, Təbrizdə rejimin Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi Elşən, Elnur və Sevgi adlarına doğum haqqında şəhadətnamə verməkdən imtina edir.

Həmin üçəmlərin doğum haqqında şəhadətnamə almaması Məsud Səfərinin ailəsinə bir çox problemlər yaradıb.

Məsud Səfərinin ailəsinə yaxın mənbənin “Balamın Adı” kampaniyasına verdiyi məlumata görə, uşaqlar 2024-cü ilin avqust ayında doğulublar və valideynləri onlar üçün Elşən, Elnur və Sevgi adlarını seçib. Lakin Təbrizin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsinin əməkdaşları bu adlara doğum haqqında şəhadətnamə verməkdən imtina edərək Tehrandan “Ə” hərfi ilə olan türk adlarına doğum şəhadətnaməsi verilməməsi barədə göstəriş olduğunu bildiriblər. Əgər uşaqlara bu adlar seçiləcəksə onda bu adlar “Əlşən”, “Əlnor”, “Sugi” kimi fars ağzına uyğun formada yazılmalıdır.

Belə olan halda isə adın nə oxunuşu, nə mənası düzgün olur, nə də adı türkcə oxunmaq mümkün olmur. Halbuki vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi əvvəllər qeyd olunan hər üç adın düzgün yazılışı ilə doğum haqqında şəhadətnamələr verib.

Qeyd edək ki, Səfəri ailəsi adların qeydiyyata alınması ilə bağlı problem yaşadıqdan sonra bu idarədən şikayət etmiş və bir neçə gün əvvəl məhkəmə ailənin xeyrinə qərar çıxararaq Təbrizin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsindən bu adlara doğum haqqında şəhadətnamələrin verilməsini tələb etmişdi, lakin əvəzində bu idarə məhkəmənin qərarından apellyasiya şikayəti verərək məsələni uzadıb.

Həmçinin yoxlayın

Azərbaycan və Türkiyənin silahlı qüvvələri arasında görüş

GADTB: Dekabrın 24-də Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev …

Molla rejimi körpələrə yalnız fars və müsəlman adların verilməsinə icazə verəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Vətəndaşlıq Qeydiyyatı Təşkilatının rəhbəri Haşim Kargər yaxın vaxtlarda …