Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından Vədud Əsədi və Səid Minayiyə bildiriş göndərərək, onları Tehranda porokurorluğa çağırıb.

Tehran Prokurorluğunun 5-ci şöbəsi bildiriş göndərməklə azərbaycanlı fəal Vədud Əsədinin elan olunmuş ittihamlara qarşı ifadə verəcəyi bildirilib.

Rəşt şəhəri sakini olan Əsədi 2024-cü ilin fevralında rejimin ETTELAAT İdarəsinin məmurları tərəfindən saxlanılaraq Tehranda Evin zindanında yerləşən ETTELAAT-ın təcridxanasına köçürülüb.

O, martın 9-da 800 milyon tümən dəyərində mülk sənədi qarşılığında müvəqqəti azad olunmuşdur.

Tehran Prokurorluğunun 5-ci şöbəsi elektron bildiriş göndərməklə həmçinin azərbaycanlı fəal Səid Minayinin 5 gün ərzində prokurorluğa gəlməsi tələb edib.

Rejim azərbaycanlı fəala qarşı “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə əlbir olma və toplaşma” ittihamı elan olunub.

Binab sakini olan Səid Minayi isə 2024-cü ilin  fevralında həbs olunub və mart ayının 13-ü 700 milyon tümən dəyərində mülk vəsiqə qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …