
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Germi şəhərində Traxturun çempionluq şənliyində Türk dilində mədrəsə, olmalıdır hər kəsə!” şüarını səsləndirən gənci həbs edib.
Germi şəhərindən olan gənc fəal “Traxtur” futbol klubunun çempionluğu münasibətilə təşkil olunan şənlikdə “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!” şüarı səsləndirdiyi üçün molla rejimin qüvvələri tərəfindən tutularaq naməlum yerə aparılıb.
Hələklik azərbaycanlı gəncin taleyndən heç bir məlumat yayılmayıb.