Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimi Güney Azərbaycan çox sayda insanı həbs etdi

GADTB: İrqçi fars-molla rejimi Ərdəbil əyalətində 24 nəfəri həbs edib.

Bu haqda əyalətin polis idarəsi məlumat yayıb.

Kimliyi açıqlanmayan şəxslərin “sosial media vasitəsilə ictimai təşviş yaratmaq”da günahlandırıldıqları bildirilib. Həbs edilənlərə qarşı cinayət işinin açıldığı bildirilib.

Həmçinin Güney Azərbaycanın Həmədan şəhərində 3 nəfər həbs edilib.

Saxlanılanların “düşmən qruplarla əlaqə”də ittiham olunduqları bildirilib.

“Onlar müharibədən əvvəl düşmən qrupların xeyrinə təbliğat aparmaqla yanaşı, İsraillə müharibə zamanı və müharibədən sonra əyalət daxilində təxribat hərəkətləri həyata keçirməyə çalışıblar”,- məlumatda deyilir.

Qeyd edək ki, İran-İsrail münaqişəsindən sonra İranda 1500-dən çox şəxs həbs edilib, onların bir çoxu barəsində “İsrailə casusluq” ittihamı irəli sürülüb.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …