GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Əhər şəhərində hicaba görə restoranı bağlyıb.
Əhər şəhərində məşhur “Ninu” restoranın lisenziyası məcburi hicab qaydalarına riayət etməyən müştərilərə xidmət göstərdiyi üçün ləğv edilib.
Restoranın sahibi Milad Əzimi bu barədə açıqlama verib.
Qeyd edək ki, Əhərdə yerləşən həmin restoran zəngin kitabxanasına görə Əhər şəhərinin ziyalı və sənət adamlarının toplaşdığı yer olub.