Çərşənbə axşamı , Oktyabr 3 2023
azfa

Molla rejimi həbs etdiyi Fərid Səfərlini casusluqda ittiham edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda itkin düşən Almaniyanın Yena Universitetinin 27 yaşlı azərbaycanlı tələbəsi Fərid Səfərli casusluqda ittiham olunub. Bu barədə onun anası Dilarə Əsgərova məlumat verib:

 “Fərid İranda həbs edilib və casusluqda ittiham olunub. Hazırda onunla görüş tələb edirik. Konsulluğumuz bununla bağlı İranın hüquq-mühafizə orqanlarına da müraciət edib”.

Qadın oğluna qarşı irəli sürülən ittihamın əsassız olduğunu vurğulayıb:

 “İttiham yalandır, oğlum casus olmayıb. Biz ittihamları qəbul etmirik. Bu maddə ilə ittiham olunanlara hansı ağır cəzanın verildiyini firkirləşəndə bir ana kimi ürəyim parça-parça olur”.

Qeyd edək ki, fevralın 20-də Fərid Səfərli həmin universitetdə təcrübə keçən həkim rəfiqəsinə baş çəkmək üçün Tehrana gedib. Səfərli nəzərdə tutulan tarixdə – martın 5-də Almaniyaya qayıtmayıb. Martın 4-dən Fəridlə telefon əlaqəsi tamamilə kəsilib.

Həmçinin yoxlayın

İzmirdə “Urmu gecəsi” musiqili tədbir keçirilib

GADTB: Güney Azərbaycan Kültür Mərkəzinin təşkilatçılığı və İzmir Konak bələdiyyəsininin dəstəyi ilə Nazim Hikmət kültür …

Azərbaycanlı tələbə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə yürüş etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Güney Azərbaycandan …