Bazar , Sentyabr 20 2026
azfa

Molla rejim Güney Azərbaycanda 6 min illik qalanın dağıdılamasına şərait yaradır – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın mədəni irs və tarixi abidələr qurumunun laqeydliyi səbəbindən Güney Azərbaycanın Mərənd bölgəsində yerləşən Urartu dövrünə aid Yaldur qalası məhv olmaq təhlükəsi ilə üzləşib.

Fars olmayan millətlərinin tarixinə etinasız yanaşan Tehran rejiminin bölgəki təmsilçiləri isə Yaldur qalasını diqqətdən kənar qoyublar.

Halbuki, 6000 il yaşı olan bu qədim tarixi qala mütəxəssislərin sözlərinə görə, müasir dövrdə belə abidələrin yerləşdiyi bölgə turizm zonasına çevrilib, buraya turistlərin cəlb edilməsi zəruri olardı.

Qeyd edək ki, həmin abidə Urartu dövründə tikilib və həmin ərazidə 22 qalanın qalıqları var.

Tarixi məlumatlara əsasən, Yaldur qalası Assuriya kralı II Sarqonun hücumu nəticəsində dağılıb. Rusiyalı şərqşünas Vladimir Minorski orada yerləşən Mandaqarna atəşgahının da Urartu dövründə gil kərpicdən tikildiyini və qala kompleksinə daxil olduğunu yazıb. V.Minorski hesab edir ki, atəşgah II Sarqonun Mərəndə hücumu zamanı müəyyən qədər dağıdılıb.

https://www.youtube.com/shorts/7DurNUFc45M

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …