Cümə axşamı , Yanvar 2 2025
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı öyrənciyə hökm oxunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda saxta “casusluq” ittihamı ilə həbs olunan Fərid Səfərlinin məhkəmə araşdırması başa çatıb. Bu barədə onun anası Dilarə Əsgərova məlumat verib.

“Oğluma son söz verilmədən iki il hökm verilib. Artıq Fəridə məktub şəklində qərar çatdırılıb. Nə oğlum, nə də mən bu qərarla barışırıq. Heç bir sübut olmadan bu cəzanın verilməsini qəbul edə bilmirik”- deyə, Fəridin anası qeyd edib.

Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Sonradan onun casusluq ittihamı ilə həbs olunduğu məlum olub. Həbsdə olduğu zaman o tərcüməçi ilə də təmin edilməyib.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …