
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi azərbaycanlı vəkili yenə doktorantura imtahanına buraxmadı.
Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəviyə doktorantura imtahanında iştirak etmək üçün zindan rəhbərliyi icazə verməyib.
Cəzaçəkmə müəssisələrinin icra nizamnaməsinə görə, məhbusun belə bir hüququ var, ancaq azərbaycanlı vəkilin həbsxanada bir illik səylərinə və doktorluq imtahanına hazırlaşmasına baxmayaraq, təcridxana rəhbərliyi və təhlükəsizlik qurumları onun bu imtahanda iştirakına maneə törədiblər.