Çərşənbə , Yanvar 15 2025
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkilin müalicəsinə icazə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehranın Evin həbsxanasında həbsdə saxladığı azərbaycanlı vəkil və milli fəal Tahir Nəqəvinin müalicə olunmasına icazə vermir.

Azərbaycanlı fəalın prostat xəstəliyindən əziyyət çəkdiyi və sağlıq durumunun yaxşı olmadığı bildirilir.

Həkimlər bir neçə xəstəlikdən əziyyət çəkən fəalın müalicəsi və əməliyyatı üçün zindandan kənar xəstəxanaya köçürülməsini tövsiyə ediblər.

Buna baxmayaraq, həbsxana rəhbərliyi Tahir Nəqəvinin xəstəxanaya köçürülməsi barədə müraciətə mənfi cavab verib.

Qeyd edək ki, 5 aydan çox Evin zindanında həbsdə saxlanılan Tahir Nəqəvi, Hüseyn Piri və bir sıra digər azərbaycanlı siyasi məhbuslar ETTELAAT Nazirliyinin qüvvələrinin qanunsuz davranışlarına etiraz olaraq aclıq aksiyası keçirmişdilər.

O, “hökumətə qarşı təbliğat” və “milli təhlükəsizliyə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaq”da günahlandırılıb.

Azərbaycanlı fəal fevralın 6-da molla rejimin ETTELAAT məmurları tərəfindən yaxalanmışdır.

Həmçinin yoxlayın

İranda 10 yaxın siyasi məhbusun edam ediləcəyi barədə xəbərdarlıq edilib

GADTB: İranda 10 yaxın siyasi məhbusun edam ediləcəyi barədə xəbərdarlıq edilib. “Çərşənbə axşamları edama yox” …

Türkiyənin 5-ci nəsil KAAN qırıcısının 2-ci prototipinin görüntüləri yayıldı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin 5-ci nəsil KAAN qırıcısının 2-ci prototipinin görüntüləri …