Cümə axşamı , İyun 25 2026
azfa

Rusiyalı hərbi ekspert: Ərdoğan “Türk NATO-su” yaradır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rusiyalı hərbi ekspert Aleksandr Artamonov idda edib ki, Türkiyə tamhüquqlu hərbi-siyasi blok yaratmağı planlaşdırır. Türk Dövlətləri Təşkilatı Ankaranın rəhbərliyi altında bununla fəal şəkildə məşğuldur.

 “Bu, Azərbaycan, Qırğızıstan və Qazaxıstanı birləşdirəcək vahid enerji və iqtisadi məkan olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının mövqeyini gücləndirməyə və ona rəhbərlik etməyə çalışır. Azərbaycan Ordusu artıq NATO standartlarına uyğun hazırlanıb, İsrail və Türkiyə silahları ilə silahlanıb. Qırğızıstan və Qazaxıstan getdikcə “Türk NATO-su”na doğru irəliləyir”, – o bildirib.

Ekspertin fikrincə, təşkilat nə vaxtsa türkdilli bölgələrin Rusiyadan ayrılmasından danışa bilər. O, bu ssenarini Türkiyə və Azərbaycan hakimiyyətinin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq siyasətinin bir hissəsi adlandırıb:

“Türkiyə Orta Asiya respublikalarında da öz təsirini artırır, oraya fikirlərini aşılayır. Rusiya Türk Dövlətləri Təşkilatına dəvət edilmir, çünki onun təşkilatda iştirakı alternativ təsir mərkəzi yarada bilər. Bununla belə, Rusiya tərəfinin təşkilata qoşulma perspektivi artır. Belə bir qərar Türkiyənin BRİKS-ə qoşulması müqabilində verilə bilər”.

Həmçinin yoxlayın

İran və Ermənistan yeni ticarət və tranzit marşrutlarını müzakirə edib

GADTB: Dünən İrəvanda Ermənistan İqtisadiyyat Nazirliyində İran və Ermənistan rəsmilərinin iştirakı ilə iki ölkə arasında …

Türkiyə iyul ayında NATO liderlərinin sammitinə ev sahibliyi edəcək

GADTB: NATOnın 36-cı liderlər sammiti 7–8 iyul tarixlərində Türkiyəndə keçiriləcək. Sammitdə NATO-ya üzv olan 32 …