Cümə axşamı , Sentyabr 17 2026
azfa

Molla rejimi İsfahanda nüvə obyektində tunel girişlərini tam örtür

GADTB: Nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində nüfuzlu beynəlxalq beyin mərkəzi olan “Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu”nun yaydığı son analitik hesabatda bildirilir ki, yüksək dəqiqlikli peyk görüntüləri İran İslam Respublikasının İsfahandakı yeraltı nüvə kompleksinin bütün tunel girişlərini tamamilə torpaqla örtməsini göstərir. Bu addım Tehranın ABŞ və İsrail tərəfindən bu son dərəcə möhkəmləndirilmiş obyektlərə qarşı mümkün hava zərbəsi və ya xüsusi əməliyyatdan ciddi şəkildə narahat olduğuna işarə edir.

“Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu”nun hesabatı

Vizual yenilənmə: İsfahan tunel kompleksinin bütün girişləri artıq tam şəkildə basdırılıb

Tarix: 9 fevral 2026

Bir gün əvvəl əldə edilmiş yüksək keyfiyyətli peyk görüntülərinə əsasən, İran İsfahan nüvə kompleksinin tunel girişlərini geniş miqyasda torpaqla örtüb. Orta və cənub girişləri tamamilə tanınmaz hala salınıb və bütövlükdə torpaq altında qalıb. Əlavə passiv müdafiə tədbirləri ilə təchiz olunmuş ən şimaldakı tunel girişi də torpaqla doldurulub. Hər üç girişin ətrafında heç bir nəqliyyat vasitəsinin hərəkəti müşahidə olunmur.

Hesabatda vurğulanır ki, iranlı rəsmilərin ABŞ və ya İsrail tərəfindən mümkün hava hücumu və ya yerüstü xüsusi təyinatlı əməliyyat ehtimalından ciddi narahatlıq keçirdiyi açıq şəkildə görünür. Tunel girişlərinin torpaqla doldurulması ehtimal olunan hava zərbələrinin təsirini azaltmaqla yanaşı, xüsusi qüvvələrin yerüstü əməliyyat zamanı tunellərə daxil olaraq orada saxlanıla biləcək yüksək zənginləşdirilmiş uranı ələ keçirməsini və ya məhv etməsini də çətinləşdirə bilər.

Eyni zamanda ehtimal edilir ki, İran bəzi avadanlıq və ya xüsusi materialları qoruma məqsədilə tunellərin içərisinə köçürmüş ola bilər, lakin bu məlumat hələlik təsdiqlənmir. Qeyd olunur ki, bu cür hazırlıq tədbirləri sonuncu dəfə “Gecəyarısı çəkici” əməliyyatı ərəfəsində müşahidə edilmişdi. Həmin əməliyyat zamanı Fordo, Natanz və İsfahan nüvə obyektləri hədəfə alınmışdı.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …