Çərşənbə , Oktyabr 21 2026
azfa

Molla rejimi koronavirusun pik həddində karantin rejimini qaldırıb xalqın qırğınını qarşıya məqsəd qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Çindən koronavirusu Quma, oradan isə bütün şəhərlərə yaymaqla ölkədə acınacaqlı vəziyyətə səbəb olub. Hazırda koronavirusun pik həddində isə molla rejimi karantin rejimini qaldırmaqla əhalinin, xüsusilə Azərbaycan türklərinin qırğınını qarşıya məqsəd qoyub.

Molla rejimi artıq zavodlar, idarələr və dövlət müəssisələrindən əlavə beynəlxalq magistral yolların, ticarət mərkəzləri və mağazaların açılması barədə qərar qəbul edib..

Xidmətinə icazə verilən obyektlər yalnız 06:00-dək fəaliyyət göstərəcək.

Kafe, restoran, idman zalı və digər ictimai məkanların, məscid və ibadətgahların fəaliyyəti isə hələlik tam açılmayıb.

Qeyd edək ki, molla rejimi Çin kimi koronavirusa yoluxanlar və ölənlərin statistikasında şəffaf deyil və koronavirusa yoluxanların və ölənlərin yalnız 5-də bir hissəsi rəsmi sttistikaya salınır. Həmin beş qat kiçildilmiş rəqəmlərə görə koronavirusa yoluxanların sayı 83 min 500-ü ötüb, 5 min 209 nəfər ölüb. Əslində isə ölənlərin həqiqi sayı 20-30 min arasında təxmin edilir.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Bir cavab yazın