GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Astaranın Ərdəbilə birləşdirilməsi kampaniyasında iştirak edən azərbaycanlı gənc rejimin məhkəməsi tərəfindən 1 il müddətinə azadlıqdan məhrum edilib.
Rəşt Məhkəməsinin 18-ci şöbəsinin çıxardığı bu hökm bu milli fəalın etirazı ilə qarşılanıb və dünən apellyasiya məhkəməsi keçirilib.
Qeyd edək ki, bundan əvvəl avqustun 16-da Astara Məhkəməsində Məhəmməd Rza Xəlilinin dindirilməsi və sonuncu müdafiəsi keçirilib.
Bu şəhərin cinayət məhkəməsinin 103-cü şöbəsində keçirilən bu məhkəmə iclasında cənab Xəlili “insanları şirnikləndirmək və ya döyüşməyə, bir-birini öldürməyə təhrik etməkdə” ittiham olunub.
Qeyd edək ki, Astara şəhəri Gilan əyalətinin mərkəzi olan Rəşt şəhərinin təxminən 200, Ərdəbil şəhərinin isə 70 kilometrliyində yerləşir. Həm də həminş şəhər Azərbaycan şəhəridir. Bu şəhər vaxtı ilə Ərdəbil mahalı və Şərqi Azərbaycan əyalətinə bağlı olub.
Sonralar irqçi fars rejim ölkənin inzibati ərazi bölgüsü apararkən buranı Gilan əyalətinə birləşdirilib. Şəhərin əhalisi Azərbaycan türkləridir və bu günə kimi Astaranın yenidən Ərdəbil əyalətinə birləşdirilməsi üçün çoxsaylı kampaniyalar həyata keçirib, müraciətlər edilib. Lakin molla rejimi əhalinin haqlı istəyinə məhəl qoymur.