Şənbə , Aprel 19 2025
azfa

Molla rejimi molla Amolini Azərbaycanın fəxri adı ilə təbliğə başlayıb

GADTB: irqçi fars-molla rejimi molla Amolini Azərbaycanın fəxri adı ilə təbliğə başlayıb.

Molla rejimin Ərdəbildəki Bələdiyyəsi ikiüzlü bir hərəkətlə Ərdəbilin cümə imamı Həsən Amelinin təsviri olan və “Azərbaycanın “fəxri” yazılı banner hazırlayaraq şəhər küçəsində yerləşdirib.

Bildirilib ki, Ərdəbil Bələdiyyəsinin təhlükəsizlik orqanlarının göstərişi ilə həyata keçirdiyi bu hərəkət İran hökumətinin Azərbaycan türk xalqına qarşı açıq-aşkar təhqiridir.

Qeyd olunub ki, İran hökumətinin muzdlusunun və casusunun Azərbaycan və Türkiyə prezidentlərinə qarşı hücumları və televiziyada yayımlanan təhqirləri Azərbaycanda və Güney Azərbaycanda sərt reaksiyalara səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyev hökumət mollasının vəzifəsindən uzaqlaşdırılmasını istəyib və İran hökumətini üzr istəməyə çağırıb. İran hökuməti isə buna cavab olaraq, hökumət mollasını “Azərbaycanın fəxri” adlandırıb.

Həmçinin yoxlayın

Fox News Trampın hərbi hədəsinin Xameneyini danışıqlar masasına oturtdiğimi yazıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Fox News” İran rəhbəri Əli Xameneyinin ABŞ prezidenti …

Romada İran-ABŞ danışıqlarının II raundu keçirilir

GADTB: Romada İran-ABŞ danışıqlarının ikinci raundu başlayıb. Bu barədə İran mediası məlumat yayıb. Danışıqlara İran …