Çərşənbə axşamı , Oktyabr 15 2024
azfa

Molla rejimi nüvə sınağından sonra nüvə silahı istehsalını qanuniləşdirməyə cəhd edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi nüvə sınağından sonra nüvə silahı istehsalını qanuniləşdirməyə cəhd edir.

Bu istiqamətdə bu gün İran parlamentinin 39 millət vəkilindən ibarət qrup İsrailin hücumu təhlükəsi səbəbindən ölkənin müdafiə doktrinasına yenidən baxılması istəyilə Ali Milli Təhlükəsizlik Şurasına məktub göndərib.

Bununla bağlı, İran parlamentinin üzvü Həsənəli Əxlaqi Əmiri bildirib ki, heç bir beynəlxalq təşkilatı, habelə Avropa ölkələri və ABŞ İsraili nəzarətdə saxlaya bilməz.

Millət vəkili qeyd edib ki, Təhlükəsizlik Şurasının İranın müdafiə doktrinasına yenidən baxmağa ehtiyacı var.

Həmçinin yoxlayın

Molla rejimindən daha bir irqçi addım; İran Aviasiya Təşkilatı türkcədən istifadəni qadağan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi daha bir irqçi addımla türk …

Avropa İttifaqı İrana Rusiyaya raket tədarükünə görə sanksiyalar tətbiq edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa İttifaqı Şurası bəyanat yayaraq İrana sanksiya tətbiq …