Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimi qadınların hicabını kameralarla izlənəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda məcburi geyim qaydalarına əməl etməyən qadınların sayının artmasının qarşısını almaq üçün ictimai yerlərdə və küçələrdə kameralar quraşdırılır. Bu barədə “Mizan” informasiya agentliyi məlumat yayıb.

İran polisinin yaydığı məlumatda bildirilib ki, küçədə başıaçıq gəzən qadınlar ilk mərhələdə xəbərdarlıq məktubları alacaqlar.

Bu addımın “hicab qanununa qarşı müqavimətin qarşısının alınması” məqsədi daşıdığı, bu cür müqavimətin ölkənin mənəvi imicinə xələl gətirdiyi və etibarsızlıq mühiti yaydığı diqqətə çatdırılıb.

Qeyd edək ki, ötən ilin sentyabr ayında 22 yaşlı Məhsa Əmininin ölümündən sonra iranlı qadınların bir çoxu çadradan imtina edib.

Həmçinin yoxlayın

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …

Tanınmış azərbaycanlı fəal Abbas Lisaniyin xəstəxanaya göndərilməsinə maneə yaradılır

GADTB: Tehranın Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Abbas Lisani həbsinin on ikinci ayına daxil …