Cümə axşamı , Oktyabr 24 2024
azfa

Molla rejimi Qaşqay fəalı məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqayyurdda yaşayan qaşqay türklərinin fəallarından olan Fazil Vəziri prokurorluğa çağırılıb.

Ədliyyə Sisteminin elektron poçtu vasitəsilə göndərilən çağırış vərəqəsində Fazil Vəziridən 5 gün ərzində barəsində irəli sürülən ittihamlara cavab vermək üçün Şiraz şəhərinin Ümumi və İnqilab Prokurorluğun 14-cü şöbəsinə getməsi istənilib.

Qeyd edək ki, İranın ETTELAAT qüvvələri Vəzirini 6 may 2024-cü ildə Şirazda həbs edərək təhlükəsizlik təcridxanasına aparıb, 5 gün dindirdikdən sonra Adilabad həbsxanasına köçürüblər.

O, “hakimiyyətə müxalif qruplara dəstək və əməkdaşlıqda, toplaşmaq və əlbir olmaqla ölkənin daxili və xarici təhlükəsizliyinə zərbə vurmaqda, ictimai rəyi çaşdırmaq məqsədilə yalan məlumat yaymaq”da günahlandırılıb.

Qaşqay fəal 34 gün saxlanıldıqdan sonra 1 milyard tümən girov qarşılığında sərbəst buraxılıb.

Həmçinin yoxlayın

GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti sayın Mikayil bəy Oytanın “Reaksiya TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Türk ölkələri Azərbaycan və Qırğızıstan hərbi əməkdaşlıq planı imzaladılar

GADTB: Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğız Respublikasının müdafiə …