Cümə , Aprel 17 2026
azfa

Molla rejimi qeyri-fars dillərə qarşı irqçi yanaşmasını kəskinləşdirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin fars irqçiliyinin simvoluna çevrilmiş Firdovsinin anım mərasimində Həddad Adil qeyri-fars, o cümlədən Azərbaycan türkcəsini nəzərdə tutaraq deyib ki, binaların fasadlarına əcnəbi adların qoyulması qanuna ziddir və bağışlanmaz günahdır.

Həddad Adil fars dilinin mühafizəsi və Firdovsinin anım mərasimində deyib: “Mağaza, şirkət və qurumların qarşısında yad adlara şahidlik etmək İran millətinin ləyaqətinə uyğun deyil və bu günah bağışlanmazdır. Bu hərəkət qanuna ziddir və mal və məhsulların, xüsusən də qida məhsullarının adlarının fərəngi dilində və xəttatlıqda olması İran millətinin şərəfinə deyil.

Qeyd edək ki, bu şəxs xəzinə hesabına İran coğrafiyasında yaşayan xalqların 75%-dən çoxunun mənafeyinə zidd hərəkət edir və dəfələrlə türk və ərəb dillərinin əleyhinə danışaraq onları yad hesab edir, və faşist sistemində bunlar fars dilindən başqa dillərdir və digər dillər əcnəbidir və qanuna ziddir və aradan qaldırılmalıdır.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Səğər Qulamidən heç bir məlumat verilmir

GADTB: Səğər Qulami adlı 19 yaşlı Türkmən əsilli gənc xanım bir neçə ay əvvəl keçirilən …

İranın neft ixracının dayanmasına iki aya qədər davam gətirə biləcəyi deyilir

GADTB: “Reuters”in yaydığı məlumata görə, ABŞ-ın İran limanlarına gedib-gələn daşımaları məhdudlaşdırması nəticəsində ixrac dayansa belə, …