Bazar , Oktyabr 18 2026
azfa

Güney Azərbaycanın Qaradağ bölgəsində tarixi abidə məhv edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Vərziğan bölgəsində yerləşən tarixi karvansaray tamamilə dağılmaq üzrədir.

Səfəvilər dövründə inşa edilən və Azərbaycanın ən böyük tarixi karvansaraylarından olan tikilinin qanunsuz tarixi əşya qaçaqmalçıları tərəfindən dağıdıldığı bildirilir.

Fəallar tarixi abidənin bərpası və qorunması ilə bağlı əyalətin Mədəni İrs Təşkilatına müraciət etdiklərini, ancaq müsbət cavab ala bilmədiklərini yazıblar.

Qeyd edək ki, Vərziğan karvansarayı 19 mart 2007-ci ildə 18912 qeydiyyat nömrəsi ilə İran milli əsərləri siyahısına salınsa da, bərpasına vəsait ayrılmayıb. Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Təbrizdə yox olmaq üzrə olan onlarla tarixi abidənin bərpası və qorunması istiqamətində isə İranın məsul orqanı heç bir addım atmır.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …