Cümə axşamı , Sentyabr 17 2026
azfa

Molla rejimi rekord sayda insanı edam edib

GADTB: İnsan haqları təşkilatlarının bildirdiyinə görə, İranda 2025-ci ildə ən azı 1,639 nəfər edam edilib ki, bu da 1989-cu ildən bəri qeydə alınan ən yüksək illik göstəricidir.

İran İnsan Haqları Təşkilatı və Birlikdə Ölüm Cəzasına Qarşı Təşkilat tərəfindən hazırlanan birgə illik hesabatda bu barədə məlumat yayıblar.

Məlumata görə, 2025-ci ildə İranda edamların sayı 2024-cü illə müqayisədə 68% artıb. Belə ki, 2024-cü ildə ölkədə ən azı 975 nəfərin edam edildiyi qeyd olunub. Sənəddə qeyd olunur ki, edam edilənlər arasında 48 qadın da var.

Hesabatda vurğulanır ki, bu rəqəmlər 2025-ci ildə gündə orta hesabla 4 nəfərdən çox insanın edam edildiyini göstərir.

İran İnsan Haqları Təşkilatı bildirib ki, açıqlanan göstərici edamların “ən aşağı qəti rəqəmi” hesab olunur. Çünki edamların böyük hissəsi İranın rəsmi mediasında açıqlanmır və faktiki rəqəmlərin daha yüksək ola biləcəyi istisna edilmir. (Iranintl)

Təşkilatlar vurğulayıb ki, kəskin artım ölüm cəzasının daha geniş şəkildə qorxu vasitəsi kimi tətbiq olunduğunu göstərir.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …