Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Molla rejimi sanksiyalardan yazan mətbuatı cəzalandırır

GADTB: BMT-nin Təhlükəsizlik Şurası və Avropa üçlüyünün İrana qarşı “tətik” mexanizmi və yeni sanksiyaların tətbiqi barədə qərarından dərhal sonra, molla rejimi media orqanlarına qarşı təzyiqlər artıb.

Əli Salehi bu gün səhər saatlarında verdiyi açıqlamada bir sıra media qurumları və sosial media kanallarına qarşı cinayət işinin açıldığını deyib: “Bir sıra Avropa ölkələri ilə İran arasında baş verən bəzi siyasi hadisələrlə eyni vaxtda iqtisadi məsələlərlə bağlı “həssas” xəbərlər dərc etməyə cəhd edən bir sıra KİV və Telegram kanallarına qarşı məhkəmə işi açılıb”.

Tehran prokuroru, sanksiyaların tətbiqindən sonra qiymət artımı ilə bağlı yazıların dərci  “cəmiyyətin psixoloji təhlükəsizliyini pozduğunu” iddia edib.

Salehi qeyd olunan hərəkətlərə nəzarət edildiyini və təqsirləndirilən şəxslərlə bağlı məhkəmə prosesinin davam etdiyini vurğulayıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası (TŞ) Rusiya və Çin tərəfindən təklif olunan və İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) dəstəkləyən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddətini altı ay uzatmaqdan imtina edib.

Həmçinin yoxlayın

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” …