Bazar , Dekabr 22 2024
azfa

Molla rejimi şaxsey mərasiminə hücumu ictimailəşdirən azərbaycanlı xanım jurnalistə iş açdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi rejimi şaxsey mərasiminə hücumu ictimailəşdirən azərbaycanlı xanım jurnalistə iş açıb.

Məlumata görə, azərbaycanlı xanım jurnalist hadisəni işıqlandırdığı üçün polisə çağırılıb

Azərbaycanlı jurnalist Fatimə Qulipur şaxsey mərasimində baş vermiş faciəli hadisə ilə bağlı məlumat yaydığı üçün polisə çağırılaraq, daha sonra ona öz jurnalistlik işini yerinə yetirdiyinə görə iş açılıb.

Fatimə Qulipur bildirib ki, “hərtərəfli sorğu-sualdan sonra məni sərbəst buraxdılar, amma barəmdə məhkəmə işi qaldırdılar və dedilər ki, prokurorluqdan çağırış gözləyim. Müstəntiq dedi: Sənin Hüseyni və dini təriqətlərlə bağlı xəbərlər dərc etməyə haqqın yoxdur. Sizin polisin fəaliyyəti ilə bağlı xəbərlər dərc etmək hüququnuz yoxdur. Bunu dərc etmək şəhərin təhlükəsizliyini şübhə altına alır”.

Qeyd edək ki, iulun 8-nə keçən gecə Təbrizin Qaraağac məhəlləsində şaxsey mərasiminə hücum nəticəsində 2 nəfər ölüb və 30-a yaxın insanın yaralanmışdır.

Həmçinin yoxlayın

İran İsrailin Avropada hədəflərinə hücumda uşaqları işə cəlb edir

GADTB: Blombergin yaydığı məlumata görə, İran İsrailin Avropada hədəflərinə hücumda uşaqları işə cəlb edir. Belə …

Pezeşkian dəyərsizləşmiş rialı dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkian İranda puldan 4 sıfırın silinməsi və rialın …