Cümə , Yanvar 3 2025
azfa

Molla rejimi saxta ittihamlarla həbs etdiyi Azərbaycan vətəndaşını 2,5 ildən sonra azadlığa buraxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan vətəndaşı, İranda qondarma ittihamla həbs olunan, 31 yaşlı Validə Yusifova sərbəst buraxılaraq Dövlət Sərhəd Xidmətinə təhvil verilib.

Qeyd edək ki, V.Yusifova 2 il 6 aya yaxın idi İranda həbsdə idi.

O, Tehranda bədnam “Evin” həbsxanasının qadınlar bölməsində saxlanılırdı. Validə Yusifova Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin mudiri, edam hökmlərinin çıxarılması ilə məşhur olan qəddar hakim Əbülqasim Sələvati tərəfindən saxta “casusluq” və qondarma “narkotik ticarəti” ittihamı ilə mühakimə olunmuşdu.

Xatırladaq ki, azərbaycanlı Fərid Səfərli də saxta casusluqda ittiham olunaraq İranda saxlanılır.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …