Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi Təbrizdə azərbaycanlı öyrəncini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbriz Universitetinin “Sənaye mühəndisliyi” ixtisası üzrə təhsil alan Mehdi Fikrini dekabrın 8-də atası evində həbs edib.

Azərbaycanlı öyrəncinin ailəsinə yaxın şəxslərin bildirdiyinə görə, Mehdi İran rejiminin qüvvələri tərəfindən həbs edilib.

Məmurlar onun şəxsi əşyalarını, o cümlədən kompüterini və mobil telefonunu müsadirə ediblər. Fəalın ailəsi aidiyyəti orqanlara müarciət etsələr də, onun  taleyi ilə bağlı məlumat əldə edə bilməyiblər”.

Hələlik Mehdi Fəxrinin həbsinin səbəbləri və harada saxlanılması barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Mehdi Fəxri bundan öncə, bu il oktyabrın 1-də Təbriz Universitetinin nizam-intizam komitəsi tərəfindən iki semestr təhsildən kənarlaşdırılıb.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …