Şənbə , Aprel 19 2025
azfa

Molla rejimi Talibnla aralarında su probleminə görə Azərbaycan və Türliyəni günahlandırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin  “Entekhab” saytı yazıb ki, İran və Əfqanıstan arasında su hüquqları böhranı bölgənin ən çətin geosiyasi və ekoloji problemlərindən biridir və müxtəlif aspektlərdə hər iki ölkənin, eləcə də qonşu ölkələrin su, sosial və iqtisadi təhlükəsizliyinə geniş təsir göstərə bilər.

Bildirilib ki, Azərbaycan şirkəti “Taliban”a Əfqanıstanda Paşdan bəndinin tikintisinə gündə 18 saat çalışaraq tez bir vaxtda su doldurma mərhələsinə çatdırmağa kömək edib.

Sayt qərəzli iddia irəli sürüb ki, guya Azərbaycanın rolunu yalnız iqtisadi və infrastruktur töhfəsi kimi deyil, həm də İrana qarşı “sabitliyi pozan” bütöv bir sistem kimi qiymətləndirmək olar.

Sayt yazıb: “İrana təzyiq göstərilməsi yalnız Azərbaycanın Əfqanıstanla əməkdaşlığı ilə məhdudlaşmır. Əksinə, Əfqanıstanda bəndlərin tikintisinə yardımda əsas rolu İranın şimal-qərb, qərb və cənub-qərbini təhdid edən Türkiyə də oynayır… Türkiyə Əfqanıstanda yeni bəndləri istifadəyə verməklə bu ölkənin su ehtiyatlarına nəzarət edə, eyni zamanda bölgədə geosiyasi mövqeyini gücləndirə və öz siyasətinə arxalanaraq İranı mühasirəyə ala bilər…”.

Həmçinin yoxlayın

Romada İran-ABŞ danışıqlarının II raundu keçirilir

GADTB: Romada İran-ABŞ danışıqlarının ikinci raundu başlayıb. Bu barədə İran mediası məlumat yayıb. Danışıqlara İran …

Dr. Tohid Məlikzadə: Pəhləvi dövründə Ərdəlan vilayətinin adı necə Kürdüstana çevrildi?

GADTB: Pəhləvi dövründə İranın siyasi-mədəni və iqtisadi sahələrində ən fəlakətli dəyişikliklər, özünə vətənpərəst deyən ziyalıların …