
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin ETTELAAT məmurları Güney Azərbaycanın Xudafərin bölgəsindən olan azərbaycanlı mədəni fəal Əfşin Nəzirini Tehranda həbs ediblər.
Nəziri Urmiya gölünün qurudulması və ekoloji fəlakətin törədilməsinə etiraz etdiyinə görə yaxalanıb və Tehranın Evin həbsxanasına köçürülüb.
Qeyd edək ki, Urmiya gölünün qurudulmasına etirazlarla bağlı son günlər ərzində bir neçə fəal saxlanılıb, onlarla milli-mədəni fəal isə rejimin ETTELAAT idarələrinə çağırılıb.