
GADTB: Molla rejimi Trampdan qorxub müzakirəyə getdiyi vaxtda məxfi silahlarının olduğunu deyir.
İran ordusunun quru qoşunlarının komandanı, briqada generalı Kəyumərs Heydəri deyib ki, İran ordusunun arsenalında süni intellektə əsaslanan çox məxfi silah var.
“Ən müasir silahlarımız var, bəziləri məxfi və hətta çox məxfidir. Bunlar süni intellektdən istifadə edən son dərəcə mürəkkəb sistemlərdir. Onlar hələ də adi silahlar kimi təsnif edilsə də, imkanları müstəsnadır. Bu sistemlər strateji səbəblərə görə ictimaiyyətə açıqlanmayıb, lakin tam işlək vəziyyətdədir”, – Heydəri bildirib.