
GADTB: irqçi fars molla rejimi Trampın məktubuna cavabı Oman vasitəsilə göndərib.
İranın xarici işlər naziri Abbas Əraqçı bu barədə açıqlama verib.
Əraqçı İRNA-ya müsahibəsində ABŞ prezidentinin məktubuna İranın rəsmi cavabının müvafiq qaydada və Oman vasitəsilə göndərildiyini açıqlayıb.
“Bu rəsmi cavabda mövcud vəziyyət və cənab Trampın məktubu ilə bağlı fikirlərimizin tam şəkildə izah edildiyi və qarşı tərəfə çatdırılıb.
.Bizim siyasətimiz maksimum təzyiq və hərbi təhdidlər şəraitində birbaşa danışıqlara getməmək kimi qalır, lakin dolayı danışıqlar, keçmişdə olduğu kimi, davam edə bilər. Dolayı danışıqlar həm Ruhani hökuməti, həm də Rəisi hökuməti tərəfindən aparılıb”,- deyə Əraqçı əlavə edib.