Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi Traxturun xanım tərəfdarlarını stadiona buraxmır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Asiya Çempionlar Liqasının pley-off mərhələsində avqustun 22-i Təbrizin Səhənd istadionunda  “Traxtur”la Birləşmiş Ərəb Əmirliklərinin “Şarja” komandaları arasında keçirilən oyuna traxturun xanım tərəflarları stadiona buraxılmayacaq.

Şərqi Azərbaycan Futbol Heyətinin bununla bağlı bəyanatında iddia edilir ki, guya stadionda qadınların oyunu izləməsi üçün lazimi infrastruktur quraşdırılmayıb.

Qeyd edək ki, molla rejimi qadınları heç vaxt istadiona buraxılmayıblar. Ancaq bir neçə gün əvvəl FİFA və Asiya Futbol Konfederasiyası İran Futbol Federasiyasına ayrı-ayrılıqda məktublar göndərməklə, qadınların stadionlara buraxılmamasına görə xəbərdarlıq edib.

Məktubda bildirilib ki, İran Premyer Liqasının bu dövründə qadınların stadionlara girişinə icazə verilməyəcəyi təqdirdə İran Futbol Federasiyası ağır nəticələrlə üzləşəcək.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …