Şənbə , Noyabr 14 2026
azfa

Molla rejimi Urmiya gölünə ayrılan milyonlarla pulu yeyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aktyor Rza Kianian molla rejimin Urmiya gölünə ayrılan pulları yediyini ifşa edib. O, Urmiya gölünü xilas etmək üçün BMT tərəfindən ayrılan milyonlarla pullar haqda söz açıb:

“Biz Urmiya Gölüyük” başlığı ilə kampaniya başlatdıq. Kampaniya bir milyon imza yığmalı idi və biz buna nail olduq. Bir milyon səkkiz yüz min imza topladıq və Birləşmiş Millətlər Təşkilatına çatdırdıq.

Birləşmiş Millətlər Təşkilatı Urmiya gölünü xilas etmək üçün 2011-ci ildə 135 milyon, daha sonra, 2016-cı ildə İrana Yaponiya vasitəsilə 3 milyon 683 min 800 dollar həcmində vəsait ayırmışdır. Lakin o pulların hara getdiyi, nəyə xərcləndiyi haqda suallara cavab tapa bilmirəm. Urmiya gölü hələ də qurumağa davam edir”.

Qeyd edək ki, 2016-cı ildə İran və Yaponiya 4 illik proqram çərçivəsində Urmiya gölünün yenidən bərpası üçün işlər görməli idilər.

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …