Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Bakıda İran Mədəniyyət Mərkəzi bağlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Bakıdakı “Mədəniyyət Mərkəzi”nin fəaliyyəti dayandırılıb.

Bununla bağlı İran mediası məlumat yayıb. “İRNA” Xəbər Agentliyi İran Mədəniyyət Mərkəzin bağlanmasını iki ölkə arasında yaranan fikir ayrılıqları ilə əlaqələndirib.

Azərbaycan hökumətinin hərəkətini “məntiqsiz” və “emosional” adlandıran İran tərəfi, İranın Bakıda çoxlu mülkləri olduğunu bildirib.

“İRNA” Xəbər Agentliyi həmçinin yazıb: “İran hökumətinə məxsus mülklərlə bağlı atılan son addımlar Azərbaycan tərəfinin birtərəfli və tələsik bəhanələridir. Bu da təbii ki, dialoq vasitəsilə həll oluna bilər”.

Həmçinin yoxlayın

Vəhidə Kərimi: Şəxsi telefonum və “Instagram” hesabım hələ də təhlükəsizlik qüvvələrinin əlindədir

GADTB: Azərbaycanlı fəal Siyamək Mirzəinin həyat yoldaşı Vəhidə Kərimi özünün “Instagram” səhifəsində paylaşım edərək bildirib …

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …