Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimin azərbaycanlı fəal Behnam Şeyxini sürgünə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxaql Ana Dili Günü mərasiminə qatıldığına görə həbs və sürgünə məhkum edilən azərbaycanlı fəal Behnam Şeyxi Baharistan Ümumi və İnqilab Prokurorluğunun ikinci şöbəsinə çağırıldıqdan sonra 31 may çərşənbə günü axşam saatlarında Xuzistan əyalətinin Məscid-Süleyman şəhərinə göndərilib.

Behnam Şeyxi həbs cəzasını çəkdikdən sonra iki illik sürgün cəzasını çəkmək üçün mayın 31-də Xuzistan əyalətinin Məscid-Süleyman şəhərinə göndərilib.

2020-ci ilin Yanvar ayında, Tehran Apellyasiya Məhkəməsinin 54 -cü şöbəsi, hakim Babayinin sədrliyi ilə, Behnam Şeyxi və başqa üç Azərbaycanlı mədəni fəalı 2013 -cü ildə Baharistanda keçirilən Dünya Ana Dili Günü mərasimində iştirak etdikləri üçün ümumiyyətlə 8 il həbs və 8 il sürgünə məhkum edilmişdilər.

Behnam Şeyxi, cəzasını çəkmək üçün təhlükəsizlik qüvvələri tərəfindən 22 iyul 2020 -cı ildə həbs edilmişdi. Şeyxi həbsdə olduğu müddətdə iki dəfə aclıq aksiyası keçirmişdi. İlk dəfə 21 Yanvar 2021-ci ildə Yusif Kariyə dəstək vermək və İran həbsxanalarında siyasi məhbusların hüquqlarını müdafiə etmək üçün yeddi siyasi məhbusla birlikdə aclıq aksiyası keçirdi. Bu kütləvi aclıq aksiyası yeddi gün davam etdi.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …